İsveçin NATO-ya qəbulu ilə bağlı mərasimlər ölkənin doqquz yerində keçirilib. Bu barədə krallığın silahlı qüvvələri (AF) məlumat yayıb.
Onlardan biri Stokholmdan cənubda yerləşən Muskö adasındakı hərbi dəniz bazası idi. NATO himninin sədaları altında alyansın bayrağı qaldırılıb. Tədbirdə ədliyyə naziri Qunnar Strömmer iştirak etdi və o, iştirakçılara “İsveç indi çətin zamanlarda daha təhlükəsiz yer olacaq” dedi.
Mərasimlər həmçinin İsveçin ən böyük qarnizonu olan ölkənin şimalında Budendə, cənubda Revinqdə, qərbdə Skövdedə, Qotland adasındakı Toftedə, paytaxtdan 70 km aralıda yerləşən Uppsalada və ordunun qərargahında da keçirilib.
(Tass)