Neytral statusa malik olan və Avropa İttifaqının üzvü olmayan İsveçrə Aİ-nin hərbi missiyalarına qoşulmaq üçün hüquqi prosedurları sadələşdirmək qərarına gəlib. Söhbət xüsusən də Bosniya və Herseqovinada Brüssellə əməkdaşlığın gücləndirilməsindən gedir, İsveçrə Federal Şurası bildirib.
Hökumət “böhranların həllinə və sülhün möhkəmləndirilməsinə, habelə inzibati sahədə əməkdaşlığın təşviqinə yönəlmiş Avropa İttifaqının hərbi missiyalarında və əməliyyatlarında iştirak şərtlərini aydınlaşdırmaq” qərarına gəlib. Müvafiq layihə öyrənilmək üçün parlamentin hər iki palatasının xarici siyasət komissiyasına təqdim olunacaq.
Bern xatırladıb ki, 2004-cü ildən bəri “İsveçrə Aİ-nin Bosniya və Herseqovinada sülhü bərpa etmək missiyasına töhfə verib (EUFOR ALTHEA)” və mütəmadi olaraq Aİ-nin digər missiyalarına ekspertlər göndərir və hər bir konkret halda “hüquqi və inzibati şərtləri tənzimləyir”. Mülki missiyalarda Aİ ilə əməkdaşlığı asanlaşdırmaq üçün İsveçrə hökuməti 2020-ci ildə çərçivə sazişi bağlayaraq “bu şərtləri tənzimləmək” qərarına gəlib. (Tass)