İyunun 15-16-da Bürgenstokda keçirilən Ukrayna konfransında müzakirə müxtəlif nöqteyi-nəzərlərin mövcudluğunu nümayiş etdirdi. Bunu forumun bağlanış mərasimindəki çıxışında İsveçrə Prezidenti Viola Amherd deyib.
“Son iki gündə aparılan müzakirələr göstərdi ki, fərqli baxışlar var”, – Amherd bildirib. Onun sözlərinə görə, “Ukraynada sülhə gedən yolun beynəlxalq hüquqa və xüsusən də BMT Nizamnaməsinə əsaslanmalı olduğunu başa düşmək daha vacib idi”. (Tass)