İsveçrənin keçmiş prezidenti Alen Berset Avropa Şurasının yeni Baş katibi seçilib. Bu barədə AFP məlumat yayıb.
Onun sözlərinə görə, 52 yaşlı Bersenin mandatı sentyabrın 18-də başlayacaq. O, Xorvatiya təmsilçisi Mariya Peyçinoviç-Buriçi əvəz edəcək.
Berset 2023-cü il yanvarın 1-dən dekabrın 31-dək İsveçrənin prezidenti vəzifəsində çalışıb. (Tass)