İtaliya Suriyaya yeni səfir göndərib. “La Repubblica” qəzeti xatırladır ki , respublikanın Dəməşqdəki səfirliyi təhlükəsizlik məqsədilə 2012-ci ildə boşaldılıb.
İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajaninin aydınlaşdırdığı kimi, əslində diplomatik missiya heç vaxt bağlanmayıb, amma orada diplomatlar olmayıb və müvəqqəti işlər vəkili Beyrutda olub. “Səfirin təyinatı ilə biz avropalı tərəfdaşlarımız da daxil olmaqla, ölkəyə və regiona diqqətin artacağına dair siqnal vermək istəyirik”, – deyə qəzet nazirdən sitat gətirir.
Nəşr qeyd edir ki, səfirin qayıtması ilə Roma “Suriyanın beynəlxalq təcridini pozur”. Qəzet həmçinin xatırladır ki, İtaliya və bir sıra digər Avropa ölkələri, o cümlədən Avstriya, Xorvatiya, Kipr, Çexiya, Yunanıstan, Slovakiya və Sloveniya , Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borrelə suriyalı qaçqınların geri qayıtması üçün şərait yaratmaq üçün Suriya ilə bağlı strategiyaya yenidən baxılması təklifi ilə müraicət edib. Qeyd olunduğu kimi, onların məqsədi siyasi nüfuzu artırmaq, humanitar yardımın effektivliyini artırmaq və suriyalı qaçqınların təhlükəsiz, könüllü və uğurla geri qayıtmaları üçün şərait yaratmaqdır. (Tass)