BMT anklavda sülhməramlı missiya təşkil etmək qərarına gələrsə, İtaliya hakimiyyəti Qəzza zolağına kontingent göndərməyə hazırdır. Bunu İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri Antonio Tajani deyib.
“Əgər keçid dövründə Qəzzada sülhməramlı missiyaya ehtiyac olarsa, biz əsgərlərimizi BMT ilə birlikdə sülhməramlılar kimi göndərməyə hazırıq”, – deyə o, Radio24-də danışıb. Nazir xatırladıb ki, hazırda mindən çox italyan hərbçisi BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibindədir.
2023-cü ilin noyabrında Tajani, Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündə, keçid dövründə Fələstin və İsrail arasında sülhü qorumaq üçün UNIFIL-dən nümunə götürərək BMT missiyası yaratmağın mümkünlüyünü etiraf edib. (Tass)