İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, baş nazirin müavini Antonio Tajani Samp-T hava hücumundan müdafiə sisteminin Ukraynaya doqquzuncu yardım paketinə daxil edildiyini təsdiqləyib.
Xarici əlaqələr üzrə müvafiq komissiyanın iclası zamanı deputatların “Storm Shadow” uzaqmənzilli raketlərinin mümkün istiqaməti ilə bağlı KİV-də dərc olunan yazılarla bağlı sualını cavablandıran nazir xatırladıb ki, indiki hökumətin qərarı ilə göndərilənlərin siyahısı məxfiləşdirilməyib. “Razılaşa bilərəm ki, bəlkə də daha çox şəffaflığa ehtiyac var, biz Samp-T hava hücumundan müdafiə sistemini göndərəcəyimizi söylədik, bu müdafiə üçündür” deyib Tajani.
Daha əvvəl “Il Fatto Quotidiano” qəzeti mənbələrə istinadən yazıb ki, İtaliya Ukraynanı 300 km-ə qədər məsafədə hədəfləri vura bilən uzaqmənzilli raketlərlə təchiz etməyə hazırlaşır. (Tass)