ABŞ böyük dünya dövləti rolunu itirir və Ukrayna böhranının ABŞ prezidenti Co Bayden üçün nəticələri ciddi olacaq. Bu fikirləri italiyalı politoloq, publisist, İtaliyanın NATO və Moskvadakı keçmiş səfiri Sercio Romano deyib.
“Qorxuram ki, onun üçün nəticələri ciddi olacaq, çünki Birləşmiş Ştatlar böyük dünya dövləti rolunu itirir. O, İkinci Dünya Müharibəsindən sonra əldə etdiyi nüfuzu puç edib və nə etmək istədiyi bəlli deyil. Başqa sözlə, yuxu vəziyyətindədir.” La Stampa qəzetinə müsahibəsində deyib.
Politoloq əlavə edib ki, o, ABŞ-ın əvvəlki prezidenti Donald Trampın qayıdışına “ABŞ-ın tənəzzülünə inandığı qədər inanır”. “Amma onlar bir vaxtlar oynadıqları rolu artıq oynamasalar, o zaman uzunmüddətli perspektivdə bu da çox narahat olmayacaq. Ümumiyyətlə, təcridçi Amerika Avropa üçün daha yaxşıdır. ABŞ böyük dövlət rolunu oynamaqdan yorulub , və biz buna təəssüflənmirik.” – Romano qeyd edib. (Tass)