Avqust 19, 2025-1:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

İyulda Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

2025:05:29 - 16:53
in İQTİSADİYYAT
A A

Bu ilin iyul ayında Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclası, habelə biznes forumun keçirilməsi razılaşdırılıb.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu barədə razılıq Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın həmsədrləri, energetika naziri Pərviz Şahbazov ilə Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Dien arasında onlayn formatda keçirilən görüşdə əldə edilib.

Görüşdə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri zamanı Azərbaycan və Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat və imzalanmış sənədlərin münasibətlərin inkişafında mühüm rolu qeyd olunub. Həmçinin Baş katibi To Lamın Hanoy şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbulda iştirakı dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirilib.

Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli əlaqələrin yeni istiqamətlər üzrə genişlənməsi, ticari-iqtisadi və enerji sahəsində əməkdaşlığın inkişafı üçün potensial imkanlar nəzərdən keçirilib. Bildirilib ki, Azərbaycan zəngin enerji ehtiyatlarına sahib olaraq regional enerji mərkəzi kimi fəaliyyət göstərir, Vyetnam isə elektrik enerjisi sahəsində sürətlə inkişaf edir və yaşıl keçidə yönəlir. Hər iki ölkə yeni texnologiyalar, bərpa olunan enerji və hidrogen sahəsində əməkdaşlıq perspektivlərinə malikdir. Həmçinin infrastruktur və logistika, kadr hazırlığı və təcrübə mübadiləsi üzrə əməkdaşlığın genişləndirilməsi niyyəti ifadə olunub.

Həmçinin, ikitərəfli münasibətlərin yeni əməkdaşlıq sahələri ilə möhkəmlənməsində Hökumətlərarası Komissiyanın mühüm rolu vurğulanıb. Komissiyanın iclasının ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, mədəniyyət və digər sahələr üzrə əməkdaşlığı əks etdirən gündəliyi və digər hazırlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

DSX-a tərəfindən müsadirə olun 395 kiloqram narkotik məhv edilib

Növbəti Yazı

Azərbaycan hərbçisinin minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.