Yaponiya və Filippinin xarici siyasət və müdafiə nazirliklərinin rəhbərləri iyulda “iki üstəgəl iki” formatında danışıqlar aparacaqlar. Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Agentlik mənbələrinin məlumatına görə, danışıqların iyulun 8-də Manilada keçirilməsi planlaşdırılır. Gözlənilir ki, tərəflər iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın dərinləşdirilməsinə dair saziş də imzalaya bilərlər.
Yaponiya son vaxtlar ABŞ-ın iştirakı ilə Filippinlə həm ikitərəfli, həm də üçtərəfli formatda əməkdaşlığı fəal şəkildə dərinləşdirir. Aprel ayında Vaşinqtonda üçtərəfli sammit keçirildi, bunun ardınca tərəflər xüsusilə Cənubi Çin dənizindəki vəziyyət və ÇXR-in oradakı hərəkətləri ilə bağlı narahatlıqlarını ifadə ediblər. Üç ölkənin liderləri birgə bəyanatda həmçinin vurğulayıblar ki, Yaponiya, ABŞ və Filippinin sahil mühafizəsi bu il Hind-Sakit okean regionunda birgə patrul və üçtərəfli dəniz təlimləri keçirəcək. (Tass)