İsrailin Qüdsdən 34 km qərbdə yerləşən Beyt Şemeş şəhəri ərazisində hava hücumu sirenləri səslənir. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Telegram kanalında yayımlanan hərbçilərin bəyanatında deyilir: “Beyt Şemeş bölgəsində siren səsləri eşidilir”.
Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının tərəfdarları raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. (Tass)