May 10, 2025-3:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Ağstafada toxum sərgi-satış yarmarkası təşkil olunub

2023:08:30 - 1:06
in İQTİSADİYYAT
A A

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağstafa rayonunda ölkədə sayca 20-ci Aqrar İnnovasiya Festivalı keçirilib.

Bu barədə Busaat.az-a nazirlikdən bildirilib.

Məlumata görə, tədbir Ağstafa Aqrar Sənaye Kompleksinin ərazisində təşkil edilib. Festival çərçivəsində mövsümün növbəti toxum sərgi-satış yarmarkası da keçirilib. Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, “Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutmuş yarmarkaya Ağstafa, Tovuz, Qazax, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Goranboy, Daşkəsən rayonlarından toxum istehsalçıları və fermerlər qatılıb.

Festival zamanı toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlərə “Tərəvəz toxumlarının innovativ üsullarla istehsalı” mövzusunda təlim keçirilib, müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.

Festival çərçivəsində həmçinin kənd təsərrüfatı təyinatlı texnologiyaların və avadanlıqların sərgi və nümayişi, “Rusiya-Azərbaycan tarla günü – 2023” keçirilib. Tədbirlərdə Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət müəssisələrinin qurumları öz fəaliyyətləri və xidmətləri barədə məlumat verib, eləcə də aqrar sahədə fəaliyyət göstərən 60-dan artıq yerli və xarici şirkət məhsullarını nümayiş etdiriblər.

“Rusiya-Azərbaycan tarla günü-2023” çərçivəsində Rusiyanın ixtisaslaşdırılmış texnika bazarının seçilən 14 şirkəti öz məhsul və avadanlıqlarını sərgiləyib. Tədbir boyunca Rusiyanın aparıcı kənd təsərrüfatı maşınqayırma müəssisələri öz texnika və avadanlıqlarını əyani şəkildə sərgiləməklə yanaşı, məhsullarının təqdimatlarını və sınağını yerli şirkət və fermerlərə göstərmək imkanı əldə ediblər.

Rusiya Ticarət və Sənaye Nazirliyinin təşkilatçılığı və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin tərəfdaşlığı ilə keçirilən tədbirdə “Azərbaycan və Rusiya kənd təsərrüfatı və qida mühəndisliyi sahələri üzrə əməkdaşlığın inkişafı üzrə” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə yerli və xarici şirkətlər, dövlət qurumlarının mütəxəssisləri arasında müzakirələr aparılıb, əməkdaşlıq imkanlarının qiymətləndirilməsi və işgüzar əlaqələrin formalaşması istiqamətində Rusiya və yerli şirkətlər, dövlət qurumları arasında biznes görüşləri keçirilib.

Növbəti festival avqustun 31-də Qusar rayonunda keçiriləcək.

Əvvəlki Yazı

Ağstafada Aqrar İnnovasiya Festivalı keçiriləcək

Növbəti Yazı

Azərbaycandakı sənaye zonalarında bu il 19 sahibkarlıq subyekti rezident statusu alıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.