Avqust 21, 2025-19:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Kələntər dayı obrazı ilə daha çox tanınan sənətkar

2025:04:11 - 11:16
in MƏDƏNİYYƏT
A A

Tamaşaçılar Xalq artisti İsmayıl Osmanlını “Yeddi oğul istərəm” filmində oynadığı Kələntər dayı obrazı ilə yaxşı tanıyır.

AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti İsmayıl Osmanlının anadan olmasından 123 il ötür.

İsmayıl Osmanlı 1902-ci il aprelin 11-də Şəkidə yoxsul bir ailədə doğulub. 11 yaşında atadan yetim qalan balaca İsmayıl Şəki ipək fabrikində işləməyə məcbur olub. Həyatın hər cür üzünü görən İsmayıl Osmanlı mükəmməl təhsil ala bilməsə də, mükəmməl aktyor olmağı bacarıb…

1920-ci ildə Şəkidəki Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə həmişəlik Bakıya köçərək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.

İsmayıl Osmanlının yaratdığı obrazlar xarakterlərinə görə bir-birindən fərqlənir. Görkəmli sənətkarın “Azərbaycanfilm”in istehsal etdiyi bir çox ekran əsərlərində oynadığı rolları yaşlı və orta nəsil tamaşaçılar böyük məhəbbətlə xatırlayırlar.

“Kəndlilər” filmində (daxili işlər naziri), “Bir məhəlləli iki oğlan”da (Mahmud), “O olmasın, bu olsun”da (Rza bəy), “Əsl dost”da (Usta Şirəli), “Yenilməz batalyon”da (dərzi Yusif), “Mən ki gözəl deyildim”də (Poçt müdiri Şərif), “26-lar”da (Şahbazov), “Ulduzlar sönmür”də (Hacı Zeynalabdin Tağıyev), “Nəsimi”də (Nəimi), “Yeddi oğul istərəm”də (Kələntər) və sair filmlərdə yaratdığı obrazlar buna misal ola bilər.

“Mən ki gözəl deyildim” filmindəki poçtalyon Şərif kişi… Sadə, səmimi, insanların dərdinə şərik olmağı bacaran bir insan…

“Dəli Kür” filmində faytonçu Məmmədəli kişi… Yoxsul, mərd, milli xarakterli azərbaycanlı obrazı…

“Nəsimi” filmində böyük hürufi şair Nəimi obrazı… Mübariz, öz əqidəsinə sadiq şəxsiyyət…

Onun “Poçt qutusu” hekayəsinin motivləri əsasında çəkilmiş eyniadlı qısametrajlı filmdə yaratdığı avam Novruzəli obrazı 1968-ci ildə Zaqafqaziya və Ukrayna telefilmləri festivalında “Ən yaxşı kişi roluna görə” mükafatına layiq görülmüşdü…

İsmayıl Osmanlı 1940-cı ildə Azərbaycanın Əməkdar artisti, 1949-cu ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.

Görkəmli aktyor 1978-ci il iyunun 22-də vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Əvvəlki Yazı

Dövlət Xidməti Astarada gənclər üçün tədbirlər keçirdi

Növbəti Yazı

Prezident İlham Əliyev Antalyada Ersin Tatarla görüşü

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.