Kəlbəcərin Vəng kəndində avtomobil aşıb, ölən var.“Report”un Qərb bürosunun məlumatına görə, “VAZ-21099” markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, tikinti şirkətlərinin birində işləyən Rəsul Quliyev hadisə yerində ölüb.Digər sərnişin M.Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.Hadisə yerinə Kəlbəcər rayon polis şöbəsinin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.