Kəlbəcər rayonunda avtomobil qəzası nəticəsində xəsarət alan Heydərov Yasin Muxtar oğlu ölüb.
“Report” xəbər verir ki, onun idarə etdiyi “MAN” markalı avtomobil ilə Kəlbəcər rayonu, Qamışlı kəndi ərazisində hərəkətdə olan zaman idarəetməni itirərək aşıb.
Qəza nəticəsində sürücü xəsarət alan Y.Heydərov xəstəxanaya yerləşdirilib. Daha sonra müalicə aldığı Gəncə şəhər Mərkəzi xəstəxanasında vəfat edib.
Xatırladaq ki, hadisə martın 2-də baş verib.