Kəlbəcərdə avtomobil qəzası zamanı ölən sürücünün meyiti tapılıb.
“Report”un Qərb bürosunun məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan bildirilib.
Belə ki, R.Şahbazovun meyiti tapılaraq adiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.