İyun 16, 2025-19:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Kənd təsərrüfatı naziri Quba, Qusar və Xaçmazda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

2024:04:01 - 15:29
in İQTİSADİYYAT
A A
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Quba, Qusar və Xaçmaz rayonlarında təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb, elmi-tədqiqat institutlarının fəaliyyəti ilə maraqlanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olan nazirə görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, institutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq-su analizi aparan aqroekologiya laboratoriyası və bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyası fəaliyyət göstərir. İnstitutda yeni meyvə bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması üçün nəzərə tutulmuş xüsusi istixana-tingçilik kompleksi yaradılıb.

Nazir bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsi prosesinin gedişi ilə maraqlanıb, kollektivə öz tapşırıq və tövsiyələrini verib.

Məcnun Məmmədov Qubanın Aşağı Atuc kənində yerləşən “Zafars Nursery” tingçilik təsərrüfatına, Xaçmaz rayonunun Çarxı kəndində Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə qurulmuş damazlıq heyvandarlıq təsərrüfatına da baş çəkib, təsərrüfatda damazlıq-seleksiya işlərinin təşkili, heyvanların saxlanma şəraiti və yem tədarükü prosesi ilə tanış olub.

Daha sonra nazir Niyazoba kəndində yerləşən gündəlik istehsal gücü 100 min ədəd yumurta istehsalı olan müəssisəsinin inşası prosesi ilə maraqlanıb, Xudat qəsəbəsində fəaliyyət göstərən müasir fındıq emalı zavodunda olub. Həmçinin Maqsudkənd kəndində özəl sektor tərəfindən salınan yeni fındıq bağı layihəsi ilə tanış olub, Qusarçay kəndində salınmış müasir superintensiv meyvə bağlarına, “Man Agro” və “Amoris” şirkətlərinə məxsus soyuducu anbarlara baş çəkib.

Nazir, həmçinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Qusar rayonunda yerləşən heyvandarlıq təsərrüfatı, “Azərbaycan-Türkiyə müştərək toxumçuluq müəssisəsinin əkin sahələri, Xaçmaz toxum emalı zavodu, Aqrar Xidmətlər Agentliyinin sort-sınaq məntəqəsi, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Xaçmaz dayan stansiyasında olub, iş prosesinin təşkili ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.

Əvvəlki Yazı

ATMU-da mütəxəssis-qonaq tələbələrin suallarını cavablandırıb

Növbəti Yazı

Azərbaycanda pul bazası 15 % artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.