İyun 15, 2025-0:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Kənd təsərrüfatı nazirinin müavini Şabranda vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

2024:05:31 - 13:22
in İQTİSADİYYAT
A A

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov mayın 31-də Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Şabran rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, kənd təsərrüfatı təyinatlı kredit, müasir suvarma sistemlərinin subsidiyalaşdırılması, toxumçuluq və digər məsələlərlə bağlı olub.

Nazir müavini Elçin Zeynalov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Elçin Zeynalov vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı Sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nazir müavini qəbuldan sonra Şabran DAİM-in kollektivi ilə görüşüb, yazlıq əkinlərin bəyan prosesi ilə maraqlanıb.

Daha sonra Elçin Zeynalov Şabran rayonunda salınmış müasir intensiv və superintensiv bağlara baxış keçirib, məhsul yığımının gedişi ilə maraqlanıb, bağlarda müasir aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, məhsul ixracı, müasir bağçılığa dövlət dəstəyi mexanizmləri barədə fermerlərlə fikir mübadiləsi aparıb.

Əvvəlki Yazı

“Toxumluq taxıl sahələrində aprobasiyanın aparılma qaydaları” mövzusunda praktiki təlim keçirilib

Növbəti Yazı

Zahid Oruc: “Hökumət Ödəniş Portalının ləğvi mikro sahibkarlığa mənfi təsir edib”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.