İyun 13, 2025-15:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“Kərimə” dövləti qurmaq istəyən və terror aktları planlaşdırmaqda ittiham olunan “Qisas qrupu” üzvlərinə hökm oxunub

2025:06:12 - 15:34
in SİYASƏT
A A

Terrorçuluqda təqsirləndirilən “Qisas qrupu” üzvlərinin məhkəməsi

Terrorçuluqda təqsirləndirilən “Qisas qrupu” üzvlərinin məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

Məhkəmənin hökmü

Hökmə əsasən, təqsirləndirilən Faiq Zeynalov 17 il, Hüseyn Hüseynzadə 16, Etibar Məmmədzadə 16 il, İlham Şıxaliyev 17 il, İlkin Bağırov 16 il, Vüqar Mədətov 16 il, Elvin Cəfərov 15 il 6 ay, Elgün Ağayev 16 il, Yusif Mirzəyev 15 il 6 ay, Ruslan Əliyev 15 il 6 ay, Savalan Hüseynli 15 il 6 ay, Məhərrəməli Musayev 15 il 6 ay, Mir Vasid Əliyev 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar.

DTX-də istintaqı yekunlaşdırılmış cinayət işi üzrə təqsirləndirilən şəxslərə AR Cinayət Məcəlləsinin 170.3, 234.1-1, 274, 28,277 və 278.2-ci madddələri ilə ittiham irəli sürülüb.

Xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq

Cinayət işinin materiallarından müəyyən olub ki, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Axundzadə Rufulla Höccət oğlunun tapşırığı ilə Azərbaycan Respublikası ərazisində “Kərimə” adlı şəriət qanunları ilə idarə edilən dini dövlətin qurulması məqsədilə “Telegram” ani mesajlaşma sistemində Şıxaliyev İlham Kamal oğlu tərəfindən yaradılmış “Qisas” adlı gizli qrupun üzvləri Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hərbi və digər təyinatlı obyektlərin fotoçəkilişlərini aparmaq, əldə edilmiş məlumatları hazırda xarici ölkədə məskunlaşmış Rufulla Axundzadəyə və onun oğlu Əlimürsəl Axundzadəyə göndərmək, eləcə də Azərbaycan Respublikasının ictimai və siyasi xadimlərinin həyatına sui-qəsd etmək barədə Rufulla Axundzadədən tapşırıqlar alıblar.

Cinayət işi üzrə zərərçəkmiş şəxslər

Qeyd edək ki, sabiq təhsil naziri Misir Mərdanov və “Real TV”-nin rəhbəri Mir Şahin Ağayev cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar.

Təqsirləndirilən şəxslər onlara istinad edilən əməllərlə bağlı istintaq zamanı dəfələrlə etirafedici ifadələr veriblər. Cinayət işinin materiallarında həmin şəxslərin Rufulla Axundzadə qarşısında sədaqət andı içmələrinə dair videomateriallar, cinayət əməllərinə dair müxtəlif yazışmalar, səs yazıları mövcuddur.

Əvvəlki Yazı

Emin Əmrullayev çinli həmkarı ilə süni intellekt sahələrində qarşılıqlı əməkdaşlığa dair sənəd imzalayıb

Növbəti Yazı

Kəlbəcərə ilk köç olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.