İsrailin kəşfiyyat xidməti Mossad İsrailin rabitə naziri Şlomo Karyanın ölkədəki Əl-Cəzirə bürosunu bağlamaq təklifini dəstəkləyir. Bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
Onun sözlərinə görə, oktyabrın 15-də Rabitə Nazirliyinin rəhbəri tərəfindən irəli sürülən kanalın bürosunun təhrik və fəaliyyətinin hərbçilər üçün riski səbəbindən bağlanması təşəbbüsü artıq Baş Qərargah və Müdafiə Nazirliyi tərəfindən dəstəklənib. Yəhudi dövlətinin Xarici İşlər Nazirliyi isə daha əvvəl əks fikirdə olub.
Kan qeyd edir ki, İsrail Baş Təhlükəsizlik Xidməti daha təmkinli mövqe tutur, lakin kanalın bürosunun bağlanmasına etiraz etmir. (Tass)