Əfqanıstanın Milli Müqavimət Cəbhəsi üsyançı təşkilatının üzvləri Kabilin cənubunda Taliban hərəkatının iki nümayəndəsini öldürüblər. Bu barədə cəbhənin “Facebook” səhifəsində dərc olunmuş bəyanatında deyilir.
“Fevralın 3-də saat 10:15-də Milli Müqavimət Cəbhəsinin qüvvələri düşmən düşərgəsinə hücum edib, nəticədə iki taliban öldürülüb, daha ikisi yaralanıb”, – məlumatda deyilir.
Taliban nümayəndələri hələlik insidentlə bağlı şərh verməyiblər. (Tass)