Çeçnistan rəhbəri Ramzan Kadırovun oğlu 18 yaşlı Axmat Kadırov “Axmat” futbol klubunun prezidenti təyin edilib. Bu barədə komandanın saytı məlumat yayıb.
“Əminik ki, Axmat Ramzanoviçin rəhbərliyi altında komanda yeni nailiyyətlər, qələbələr və yaxşı nəticələr yaşayacaq”, – klubun bəyanatında deyilir. Əvvəllər Axmatın prezidenti vəzifəsini Maqomed Daudov tuturdu.
Mayın 21-də Axmat Kadırov Çeçenistanın Bədən Tərbiyəsi və İdman Naziri vəzifəsinə təyin edilib. Fevralın 17-də o, Çeçenistanın gənclərlə iş üzrə naziri təyin edilib.
Axmat bu mövsüm Rusiya Premyer Liqasının (RPL) 29 turunda 35 xal toplayıb. Komanda turnir cədvəlində onuncu yerdədir. (Lenta.ru)