Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas və Çinin xarici işlər naziri Vanq Yi Brüsseldə Aİ-Çin strateji dialoqunun 13-cü iclasını keçiriblər.
Kallas “qlobal problemlərin həlli üçün Aİ-nin Çinlə işləmək öhdəliyini ifadə etdi” və “bir Çin siyasəti”ni dəstəklədiyini bildirdi. O, həmçinin Çini “qarşılıqlı ticarətdəki balanssızlığı azaltmağa”, AB-yə nadir torpaq ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırdı və Çinin iddia edilən “insan hüquqları pozuntularına” və “ÇXR-dən gələn Avropaya hibrid təhdidlərə” işarə edib.
Bundan əlavə, o, Çini Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyata “bütün maddi dəstəyi təcili olaraq dayandırmağa” və Brüsselin “ilkin şərt olmadan atəşkəs” tələblərini tam dəstəkləməyə çağırıb.
Tərəflər Pekin və Brüsselin diplomatik əlaqələrinin 50 illiyini qeyd edəcəkləri “iyulun sonunda Aİ-Çin sammitinə hazırlıqları” müzakirə ediblər.
Brüsseldə Vanq Yi Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə də görüşüb. (Tass)