Avropa İttifaqı Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlayır və may ayında bu barədə razılığa gəlməyi planlaşdırır. Bunu Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Aİ Şurasının Lüksemburqda keçirilən iclasından sonra keçirilən mətbuat konfransında deyib.
“Aydındır ki, biz may ayında Aİ Şurasının gündəliyinə salmaq üçün kölgə donanmasını və digər elementləri özündə birləşdirəcək 17-ci sanksiyalar paketi üzərində işləyirik”. (Tass)