Aİ-nin diplomatik şefi Kaja Kallas X-də yazıb ki, səlahiyyətlilər “inklüziv hökumət” yaratmaq istiqamətində “gözə çarpan irəliləyiş” göstərsələr, Aİ Suriyaya qarşı sanksiyaları “tədricən yüngülləşdirə bilər”.
“Mən Suriyada keçid prosesini koordinasiya etmək üçün Romada keçirilən P5 toplantısına qatıldım. Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və ABŞ ilə birlikdə bütün azlıqları qoruyan inklüziv hökumətə ehtiyac olduğunu bir daha təsdiqlədik. Aİ Suriyaya qarşı sanksiyaları tədricən yumşalda bilər. Bir şərtlə ki, bu, nəzərəçarpacaq irəliləyiş nümayiş etdirsin”, – Kallas yazıb.
Bundan əvvəl o, Aİ-nin prioritet məsələ olaraq Suriyanın yeni hakimiyyətlərindən ölkədəki Rusiya bazalarının bağlanmasını tələb edəcəyini bildirmişdi. (Tass)