Kamboca Xarici İşlər Nazirliyi Tailand hakimiyyətini döyüşləri dayandırmağa və qoşunları sərhəddən öz tərəflərinə çəkməyə çağırıb. Bu barədə “Khmer Times” qəzeti Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
“Kamboca Tailandı dərhal hərbi əməliyyatları dayandırmağa, qoşunlarını sərhədin öz tərəfinə çəkməyə və vəziyyəti gərginləşdirə biləcək hər hansı təxribatçı hərəkətlərdən çəkinməyə çağırır”, – bəyanatda deyilir. (Tass)