Avqust 20, 2025-17:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib

2024:05:17 - 17:54
in SİYASƏT
A A

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının 5-ci iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərinə işgüzar səfərdə olan Baş prokuror Kamran Əliyev bir sıra görüşlər keçirib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, mayın 17-də keçirdiyi görüşlərdə Baş prokuror Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə həmkarlarını məlumatlandırıb.

Tacikistanın Baş prokuroru Yusuf Raxmonla keçirilmiş görüşdə qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, həm ikitərəfli, həm də çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən danışılıb. Tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

İranın Baş prokuroru Məhəmməd Azad Movahedi ilə keçirilmiş görüşdə prokurorluqlarımız arasında əlaqələrin dinamikası müsbət qiymətləndirilib. Kamran Əliyev iranlı həmkarını ölkəmizə rəsmi səfərə dəvət edərək əməkdaşlığın bundan sonra yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Bundan başqa, Baş prokuror İƏT-in Baş katibi Xosrov Noziri ilə görüş keçirib. Baş Katib bildirib ki, baş prokurorların Düşənbə görüşü ötən ilin sentyabrında Bakıda keçirilmiş iclasın uğurundan bəhrələnir. Kamran Əliyev ölkəmiz tərəfindən İƏT-lə əlaqələrə hər zaman böyük önəm verildiyini qeyd edib.

Görüş zamanı təşkilatın işinin təkmilləşdirilməsi, təşkilata üzv olan dövlətlər arasında hüquqi müstəvidə qarşılıqlı münasibətlərin, cinayətkarlığa qarşı mübarizə, eləcə də qarşılıqlı beynəlxalq hüquqi yardım üzrə birgə fəaliyyətin inkişaf etdirilməsi, əməkdaşlığın gələcək perspektivləri mövzusunda müzakirələr aparılıb.

Həmçinin, Baş prokuror Pakistanın Baş prokurorunun müavini Raşdin Navaz Kasuri ilə görüşüb. İki dost və qardaş dövlətlər arasında hərtərəfli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, prokurorluqlarımız arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. Görüşdə hər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələləri müzakirə olunub.

Səfər çərçivəsində 2021-ci ilin noyabrın 1-də Bakıda təsis edilmiş Türk Dovlətləri Təşkilatının Baş prokurorlarının görüşü keçirilib. Görüşdə TDT çərcivəsində gələcək əməkdaşlıq perspektivləri, o cümlədən, cari ilin iyul ayında Qırğızıstanda keçiriləcək Şuranın 3-cü iclası ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Nümayəndə heyətinin Tacikistana səfəri başa çatıb.

Əvvəlki Yazı

İKZF: Kirayə mənzil fonduna daha 328 tam təmirli mənzil əlavə edilib

Növbəti Yazı

Azərbaycanda özbaşına inşa edilmiş mənzillərlə bağlı hüquqi sənədlər hazırlanır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.