Kanada Avropanın yenidən silahlanması prosesində iştirak etmək niyyətindədir. Bu barədə Kanadanın baş naziri Mark Karni Kvebek əyalətinə səfəri zamanı jurnalistlərə bildirib.
“Biz etibarlı qlobal tərəfdaşlarımızla təhlükəsizliyi gücləndiririk, o cümlədən transatlantik təhlükəsizliyi gücləndirmək üçün Kanadanın yeni Avropa silahlanma planında iştirakını inkişaf etdiririk”, – baş nazir bildirib. Çıxışı milli televiziya kanallarında yayımlanan hökumət başçısı əlavə edib ki, bu planın bir hissəsi Ukraynaya hərbi yardımın davam etdirilməsini də əhatə edir. Karni əlavə edib ki, bu məqsədlərə nail olmaq üçün Ottava yerli istehsalın, o cümlədən müdafiə sektorunun inkişafına təkan verəcək. (Tass)