Kanada Dağlıq Qarabağdakı böhranla əlaqədar humanitar yardım göstərmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə 2,5 milyon dollar ayırmağa qərar verib.
Kanadanın xarici işlər naziri Mélanie Joly sosial media X hesabında “Dağlıq Qarabağdakı dərin narahatlıq doğuran böhrandan irəli gələn təcili ehtiyacları həll etmək üçün Kanada BQXK-ya 2,5 milyon dollar ayırır. Biz həmişə ən həssas vəziyyətdə olanları qoruyacağıq” deyə o əlavə edib. (Sputnik Armenia)