Kanada yaxın vaxtlarda Rusiyanın dondurulmuş aktivlərindən, eləcə də hərbi texnikadan əldə etdiyi mənfəətdən Ukraynaya 5 milyard Kanada dolları (3,52 milyard dollar) köçürəcək. Bu barədə Kanadanın baş naziri Castin Trüdo Kiyevə səfəri zamanı bildirib.
“Biz Ukrayna hərbçilərinin Almaniyada təlim keçdiyi 25 LAV II piyada döyüş maşını, iki döyüş dəstəyi zirehli maşını, F-16 qırıcıları üçün eniş sistemi, dörd F-16 uçuş simulyatoru, həmçinin milyonlarla döyüş sursatı, hərbi texnika və ilk yardım dəstlərini təhvil verəcəyik”, – deyə o, Kiyevdə keçirilən görüşdə bildirib.
“Kanada, həmçinin, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilən 5 milyard dollarlıq yardımın ilk tranşını Ukraynaya verəcək”, – deyə Trudeau, “Biz həmçinin enerji təhlükəsizliyini dəstəkləmək üçün qrant ayıracağıq” deyib. (Tass)