Kanadanın hüquq-mühafizə orqanları Suriyadan ölkəyə gələn qadını “İslam Dövləti” (İD, Rusiya Federasiyasında qadağan olunmuş) terror qruplaşması ilə əlaqədə ittiham edib. Bu barədə CBC telekanalı məlumat yayıb.
Milli polisdəki mənbələrinə görə, Ammara Amjad aprelin 4-də Kanadaya gəlib və terrorçularla əlaqədə şübhəli bilindiyi üçün dərhal nəzarətə götürülüb. Lakin sonradan o, müəyyən məhdudiyyətlərlə azadlığa buraxılıb. Amjad oktyabrın 5-də Ontario ştatının Milton şəhərindəki iqamətgahında nəzarətə götürülüb. Hələlik başqa təfərrüatlar yoxdur.
Bundan əvvəl dörd qadın və on uşağın aprel ayında Suriyadan Kanadaya repatriasiya edildiyi bildirilmişdi. İki qadın dərhal saxlanılsa da, sonradan sərbəst buraxılıb. (Tass)