Kanadanın əsas müxalif Mühafizəkarlar Partiyasının lideri Pierre Poilievre ABŞ prezidenti Donald Trampa Kanadada keçiriləcək növbədənkənar parlament seçkilərinə müdaxilə etməməyi tövsiyə edib.
“Prezident Tramp, seçkilərimizdən kənarda qal” deyən siyasətçi sosial şəbəkədəki X səhifəsində yazıb. O əlavə edib ki, kanadalılar seçki prosesi zamanı ölkələrinin gələcəyinə özləri qərar verəcəklər. Poilievre həmçinin bildirib ki, Kanada heç vaxt ABŞ-ın 51-ci ştatı olmayacaq.
Kanadada növbədənkənar parlament seçkiləri günü Kanadanın Amerikanın 51-ci ştatına çevrilməli olduğunu bəyan edən Trampın bəyanatına müxalifət lideri belə cavab verib. O, Kanadanın ABŞ-a qoşulmasının “heç bir mənfi tərəfinin olmayacağını” iddia etdi. Tramp daha əvvəl bir çox kanadalıların ölkələrinin ABŞ-ın 51-ci ştatı olmasına tərəfdar olduqlarını, belə bir birliyin Kanadaya iqtisadi sabitlik gətirəcəyinə və onu Trampın xüsusilə Rusiya və Çindən gəldiyini iddia etdiyi xarici təhlükələrdən qoruyacağına inandığını ifadə etmişdi. Kanadanın baş naziri Mark Karni dəfələrlə bəyan edib ki, onun ölkəsi heç vaxt, heç bir formada ABŞ-ın bir hissəsi olmayacaq.
Aprelin 28-də Kanadada növbədənkənar parlament seçkiləri keçirilir. Seçki prosesində ümumilikdə 16 partiya iştirak edir. Səsvermədə qalib gələn siyasi qüvvənin lideri ölkənin 25-ci baş naziri olacaq. (Tass)