Avqust 24, 2025-13:23
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Kartofun qiymətində kəskin ucuzlaşma: Fermerlər narahatdır

Cəlilabadda yazlıq kartofun yığımına başlanılsa da, məhsulun satış qiyməti fermerləri narahat edir. Hazırda kartofun kiloqramı cəmi 50 qəpiyə təklif olunur ki, bu da bir neçə ay öncəki 2.50 manatlıq qiymətlə müqayisədə kəskin ucuzlaşmadır.

Teleqraf-a açıqlama verən fermerlər bildirirlər ki, məhsuldarlığın azalması və maya dəyərinin yüksəlməsi fonunda bu qiymət onları zərərə salır. İndi fermerlər məhsulu zərər bahasına satmağa məcbur qalırlar, çünki keçən il olduğu kimi məhsulun tarlada çürüməsindən çəkinirlər.

Yerli mütəxəssislər xəbərdarlıq edirlər ki, belə davam edərsə, daxili bazarda yerli kartofun azalması xarici məhsula tələbatı artıracaq və qiymətləri yenidən bahalaşdıracaq. Hazırda yığılan məhsulun böyük hissəsi ixraca yönəlsə də, bu daxili bazarda sabitliyi təmin etmir. Fermerlər isə davamlı dəstək və güzəştli şərait tələb edirlər ki, kartofçuluğun gələcəyi sual altında qalmasın.