Son iki ildə Kataliz və Qeyri-üzvi Kimya İnstitutu əməkdaşlarının “Scopus” bazasına daxil olan jurnallarda 236 məqaləsi yerləşdirilib. Həmin məqalələrə 460 istinad edilib.İnstitutdan AZƏRTAC-a bildirilib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində olan 31 elmi müəssisə arasında Kataliz və Qeyri-üzvi Kimya İnstitutu “Scopus” bazasında çap edilən məqalələrin ümumi sayına görə 4-cü yerdədir. Həmin bazaya daxil olan jurnallarda institut əməkdaşları qeyri-üzvi materialşünaslıq, kataliz, fiziki kimya, polimerlər və kimya mühəndisliyi sahəsində elmi axtarışların nəticələrini çap etdirir və müxtəlif beynəlxalq konfranslarda çıxış edirlər.Beynəlxalq “Scimago” portalında elmi məhsuldarlığa görə elmi-tədqiqat qurumlarının 2023-cü il üzrə reytinq cədvəlində Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş cəmi 3 elmi-tədqiqat institutu yer alıb ki, onlardan da biri Kataliz və Qeyri-üzvi Kimya İnstitutudur (digərləri Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutudur).