Sentyabr 14, 2025-0:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının monoqrafiyası Moskvada nəşr olunub

2024:05:16 - 15:40
in SOSİAL
A A

 

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Aqil Səfərovun “Krekinq və piroliz qazlarının birgə emalının kimya-texnoloji kompleksinin hesablanması misalında mürəkkəb kimya-texnoloji sistemlərin optimal layihələndirilməsi metodu” (“Metod optimalnoqo proyektirovaniya slojnıx ximiko-texnoloqiçeskix sistem na primere rasçyota ximiko-texnoloqiçeskoqo kompleksa po sovmestnoy pererabotke qazov krekinqa i piroliza”) monoqrafiyası Moskvada nəşr olunub.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib.

Monoqrafiyada mürəkkəb kimya-texnoloji sistemlərin optimal layihələndirilməsi üçün təklif olunmuş yeni metod üzrə nəzəri və praktiki materiallar təqdim olunub. Burada metodun əsas mərhələləri ətraflı şəkildə göstərilib və ardıcıl şəkildə həll edilərək krekinq və piroliz qazlarının birgə emalının kimya-texnoloji kompleksinin hesablanmasında istifadə olunub. Qeyri-stasionar şəraitdə baş verən proseslərin dinamik riyazi modelləri və idarəedici blok-sxemləri işlənib-hazırlanıb.

Qeyd edilib ki, kitab ekoloji cəhətdən təhlükəsiz, resursa qənaət edən istehsalatların mühəndis-aparat tərtibatı, hesabatı və texnoloji layihələndirilməsi ilə məşğul olan kimya və ona bitişik olan sənaye sahələrinin müəssisə, tədqiqat və layihə təşkilatlarının elmi və mühəndis-texniki işçiləri üçün, həmçinin kimya-texnoloji proseslərin hesablanması, modelləşdirilməsi və kimya-texnoloji sistemlərin optimal layihələndirilməsi məsələləri ilə maraqlanan kimya mühəndisliyi ixtisaslarının tələbələri, magistrantları və doktorantları üçün faydalı olacaq.

Əvvəlki Yazı

Mərkəzi Elmi Kitabxanada füzulişünas alimlərlə görüş keçirilib

Növbəti Yazı

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.