Gürcülər öz kimliklərindən əl çəkmək istəmirlər və “sadəcə avropalılar” olmamalıdırlar. Bu barədə “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində ölkə prezidenti Mixail Kavelaşvili bildirib.
“Gürcülər öz varlıqlarını və inanclarını bir-biri ilə bağlayırlar. Dil və din olmasaydı, Gürcüstan yaşaya bilməzdi. Biz kiçik xalqıq, amma müxtəliflik bizim iddiamızdır. Biz öz kimliyimizdən əl çəkməməliyik və sadəcə avropalı olmamalıyıq”, – Kavelaşvili deyib.
Dövlət başçısının qeyd etdiyi kimi, Gürcüstandakı proseslərə kənardan süni müdaxilə dayanan kimi ölkədə Avropanın Gürcüstana və əksinə nə gətirəcəyi ilə bağlı mütləq müzakirə aparılacaq. (Tass)