Kazan hakimiyyəti BRİKS sammiti zamanı köhnə avtomobillərlə şəhərdə gəzintiyə qadağa qoyulması ilə bağlı məlumatları təkzib edib. Bu barədə TASS-a Kazan meriyasının mətbuat xidmətindən məlumat verilib.
Bundan əvvəl mediada BRİKS sammiti zamanı tələbələrə və bir neçə müəssisənin işçilərinə şəhərdə köhnə avtomobil sürməmək tövsiyə olunduğu barədə məlumatlar yayılıb. Onlardan avtomobillərinin guya şəhərin görkəmini korlamaması üçün ictimai nəqliyyata keçmələri tələb olunub.
“Kazan hakimiyyəti vətəndaşlara köhnə avtomobilləri idarə etməyi qadağan etməyib” dedi agentliyin həmsöhbəti.
BRİKS dövlət başçılarının sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək. (Tass)