İyun 18, 2025-3:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Kazan görüşü – sülh müqaviləsinə doğru mühüm addım

2024:10:28 - 11:30
in SİYASƏT
A A

Oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında olan görüşdə ikitərəfli sülh gündəliyinin irəli aparılmasının, o cümlədən sülh sazişinin, sərhədlərin delimitasiyası və demarkasiyasının, qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsini sülh müqaviləsinə doğru mühüm addım kimi dəyərləndirmək lazımdır. Aydındır ki, BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka, dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddə birindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Üstəlik, nəzərə alsaq ki, BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir, beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır, o zaman demokratik mühitdə yenidən gündəmə gətirilən sülh sazişinin müsbət nəticələr verəcəyi gözləniləndir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova söyləyib. Onun sözlərinə görə, indiyə kimi Azərbaycanla Ermənistan arasında davam edən sülh danışıqlarını pozmaq üçün kənardan çox təzyiqlər olub: “Hətta bunun qarşısını ölkəmiz əleyhinə müxtəlif əsassız qətnamələr qəbul edərək və çirkin ittihamlar səsləndirərək almağa çalışdılar. Məqsəd sülh prosesinin astanasında olan Azərbaycanı yolundan döndərmək idi. Lakin Azərbaycan bu müddətdə öz mövqeyindən geri dönmədi. Çünki biz haqq savaşı aparırıq və proseslərdə söz sahibi olan tərəfik. Azərbaycan öz maraqlarını qoruyur, Ermənistan dövləti isə istər-istəməz sülh müqaviləsini imzalamağa məcbur qalacaq”.

O qeyd edib ki, artıq hər iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Azərbaycanla Ermənistan arasında heç bir vasitəçiyə ehtiyac olmadığı fikri bir daha özünü doğrultdu. Tərəflər arasında aparılan ikitərəfli danışıqların daha uğurlu və məhsuldar olduğu bunun bariz nümunəsidir.

“Kazan şəhərində keçirilən XVI BRICS Sammiti çərçivəsində də ikitərəfli dialoq yolu ilə çox ciddi addımların atılmasının şahidi olduq. Ümid edirik ki, Prezident İlham Əliyev ilə Nikol Paşinyan arasında Kazanda aparılan müzakirələrdən sonra sülh müqaviləsi ilə bağlı proseslər müsbət məcraya doğru yönələcək. Sülh müqaviləsi Azərbaycan dövlətinin xeyrinə və bizim tələb etdiyimiz kimi həll olunacaq. Əks təqdirdə, fərqli addımlar atmaqla qarşı tərəf onsuz da sülh müqaviləsinin imzalanmasının qarşısını ala bilməyəcək, sadəcə boş yerə vaxt uzadacaq”, – deyə deputat fikrini yekunlaşdırıb.

Əvvəlki Yazı

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə cinayəti ilə bağlı müzakirələr aparılıb

Növbəti Yazı

Prezident İlham Əliyev çexiyalı həmkarını təbrik edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.