Yaxın Şərqdə vəziyyətin gərginləşməsi BRİKS-in Kazanda keçiriləcək sammitində müzakirə olunacaq. Bu barədə “İzvestiya”ya Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.Video nəşrin Telegram kanalında yerləşdirilib.
“Bu günlərdə açıq münaqişə nöqteyi-nəzərindən regionda baş verənlər, şübhəsiz ki, BRİKS və liderlər və xarici işlər nazirləri səviyyəsində ikitərəfli təmaslarda maksimum diqqəti cəlb edəcək və birbaşa Kazanda bu mövzuda söhbət olacaq”, – Ryabkov bildirib. (Tass)