Şimali Koreya ABŞ və Cənubi Koreyanın düşmən hərəkətlərinə cavab olaraq dekabrın 18-də “Hwasong-18” qitələrarası ballistik raketini (ICBM) uğurla sınaqdan keçirib. Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Qeyd edildiyi kimi, raket 6518,2 km maksimum uçuş hündürlüyündə 1002,3 km məsafəni 4415 saniyəyə qət edib və “nəzərdə tutulan su sahəsini dəqiqliklə vurub”. Tokio daha əvvəl bildirmişdi ki, raket Yaponiyanın Yapon dənizindəki eksklüziv iqtisadi zonasından kənarda, Okuşiri adasından 250 km qərbdə, Hokkaydodan 20 km aralıda yerə düşüb. (Tass)