Aİ ölkələri Ukraynanı ABŞ-ın verdiyi həcmdə kəşfiyyat məlumatları ilə təmin edə bilməyəcək, çünki bunun üçün kifayət qədər imkanları yoxdur. Bu fikri Britaniya hərbi kəşfiyyatının keçmiş zabiti polkovnik Filip İnqram deyib.
“ABŞ tərəfindən kəşfiyyat məlumatlarının bölüşdürülməsinin sonu Ukrayna üçün həqiqətən əhəmiyyətlidir. Aİ ölkələrinin sadəcə olaraq strateji kəşfiyyat imkanları yoxdur, çünki onlar öz daxili işlərinə fokuslanıblar. Almaniya kimi ölkələr tamamilə NATO-dan asılıdır”, – o, Avropanın Politico nəşrinə deyib.
Keçmiş kəşfiyyatçı qeyd edib ki, bu problemin həlli Aİ ölkələrinə onilliklər çəkəcək və “yüz milyonlarla dollar” xərcləyəcək. (Tass)