Böyük Britaniya çoxdan Ukrayna ərazisində iki bazanın olmasını arzulayır, lakin bu, Rusiya üçün qəbuledilməzdir. Bu barədə Rusiyanın Londondakı səfiri Andrey Kelin “Rossiya-24” telekanalının efirində bildirib.
“Hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynaya hərbi kontingentin göndərilməsinin parametrləri işlənərkən, heç nə bəlli deyil. Nə mandat, nə gücdən istifadə qaydaları, nə də infrastrukturun necə həyata keçiriləcəyi. Amma bəllidir ki, orada bazalar yaradılmalıdır. London çoxdandır ki, Qara dənizdə iki hərbi baza yaratmaq arzusundadır.
“Bütün bunlar bizim üçün tamamilə qəbuledilməzdir, çünki bu, digər şeylərlə yanaşı, Ukrayna ərazisində NATO infrastrukturunun yerləşdirilməsi demək olardı”, – səfir vurğulayıb. (Tass)