ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinə son qoymaq planını təqdim edəcəyi gözlənilir. Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Bununla belə, Amerika administrasiyasının nümayəndəsinin mesajında konkret hansı müddəaların yer alacağı açıqlanmır.
Bundan əvvəl Kelloq X-də Münhen konfransında iştirakı və ABŞ-ın müttəfiqləri ilə Ukraynada sülh yolu ilə nizamlanma məsələsini müzakirə etmək niyyəti barədə məlumat vermişdi. (Tass)