ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi qeyd edib ki, Ukrayna öz qoşunlarını 15 km geri çəkmək variantını nəzərdən keçirir və ABŞ-ın Rusiyanı da buna inandıracağını gözləyir.
Kiyev hakimiyyəti hazırkı təmas xəttləri boyunca hərbi əməliyyatların dayandırılmasını, ardınca isə 30 kilometrlik hərbsizləşdirilmiş zonanın yaradılmasını istəyir. Bunu ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.