Sentyabr 15, 2025-18:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Keşikçidağda “Novruz ənənələri”

2024:03:16 - 13:05
in MƏDƏNİYYƏT
A A

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü, Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində “Keşikçidağda Novruz ənənələri” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda keçirilən tədbirdə əsas məqsəd Azərbaycanın qədim adət-ənənələrinin yaşadıldığı milli bayramlarımızdan olan Novruzun gənc nəslə aşılanması, şəhid ailələri və Vətən müharibəsi qazilərinin asudə vaxtlarının səmərəli keçirilməsi, o cümlədən Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən tarixi abidələrin tanıdılmasıdır.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin komandanlığı, rayon ərazisində yerləşən bir çox idarə və təşkilatların məsul şəxsləri, həmçinin el ağsaqqalları, rayon ziyalıları, şəhid ailələri və qazilər iştirak ediblər.

Kosa, Keçəl və Bahar qızı, milli geyimli gənclər bəzədilmiş Dilbaz atları ilə qədim musiqi alətlərimiz olan saz, qara zurna, nağara, ud sədaları altında məclisə gəliblər. Sonra qonaqlar Keşikçidağ kurqanlar vadisində aşkarlanmış Son Tunc – Erkən Dəmir dövrünə aid edilən artefaktlardan ibarət sərgi, həmçinin Novruz atributları ilə bəzədilmiş dekorasiyalarla və alaçıqlarla tanış olublar.Tədbirin rəsmi hissəsini qoruğun direktoru Musa Mursaquliyev açıb.Sonra Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və idman sektorunun məsul şəxsi Sahib Ələsgərov, “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Nicat Vəkilov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa üzrə Gənclər və idman sektorunun məsul şəxsi Turan Hüseynov, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağstafa rayon nümayəndəliyinin əməkdaşı Lalə Quliyeva Novruz bayramı və adətləri haqqında xatirələrini, fikirlərini söyləyiblər.Daha sonra Dədə Qorqud gəlib, ibrətamiz fikirlərini söyləyib, Novruz adət-ənənələri nümayiş etdirilib.Tədbirin sonunda böyük bayram tonqalı qalanıb, “Yallı” rəqsi olub.Tədbir qoruğa məxsus informasiya mərkəzinin ətrafında Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qəhrəmancasına qəhrəmancasına döyüşərək canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Badam bağı”nda təşkil edilən ağacəkmə aksiyası ilə yekunlaşıb.

Əvvəlki Yazı

XİN başçısı: Ermənistanın mina xəritələrini verməkdən imtinası vətəndaşlarımızın həyatına təhdiddir

Növbəti Yazı

“Bizim həyət” layihəsi çərçivəsində Şirvanda növbəti abadlıq işləri görülüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.