Azərbaycanda ilk dəfə keçirilən “CIDC-2023” (Critical Infrastructure Defence Challange) “Kibertəhlükəsizlik CTF” tipli fərdi yarışmasında Bakı Ali Neft Mektebinin (BANM) tələbəsi Ismayıl Eyyub birinci yeri qazanıb.
AZƏRTAC xəbər verir ki, “CIDC – 2023” tədbiri zamanı ziyarətçilər üçün keçirilmiş “CTF” yarışmasının nəticələri və fərdi yarışmaya qatılanlar barədə statistik göstəricilər açıqlanıb.
Ziyarətçilər arasında fərdi yarışmada ümumilikdə 143 ziyarətçi iştirak etmiş, ən çox həll edilmiş CTF tapşığı artifaktlarla bağlı olan tapşırıq ən az həll olunan isə “CryptoGuy-3 tapşırığı olub. 23 müxtəlif tapşırığın olduğu “CTF” yarışmasında mümkün maksimum toplana biləcək xal 41000 olsa da, ən yüksək nəticəni 21900 xalla İsmayıl Eyyub toplaya bilib. Ümumilikdə, yarışmada ziyarətçilərdən qəbul edilmiş cavablardan həll edilən tapşırıqlar üzrə 1184 yalnış, 556-sı doğru olub.
Ən çox həll edilən tapşırıqların növləri üzrə paylanması isə aşağıdakı kimi olub:
1. OSİNT araşdırmaları üzrə – 26,09 faiz.
2. Veb üzrə – 21,74 faiz.
3. Rəqəmsal analiz üzrə – 21,74 faiz.
4. Tərs mühəndislik üzrə – 13,04 faiz.
5. Kriptoqrafiya üzrə – 8,7 faiz.
6. Mobil üzrə – 8,69 faiz.