Şimali Koreya lideri Kim Çen In müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun başçılıq etdiyi Rusiya hərbi nümayəndə heyətini qəbul edib. Bu barədə “ Koreya səsi ” dövlət radiostansiyası məlumat yayıb.
Onun sözlərinə görə, görüş zamanı qarşılıqlı təhlükəsizliyin təmin edilməsi məqsədilə KXDR və Rusiya Federasiyası arasında hərbi əməkdaşlığın zəruriliyi müzakirə olunub. (Tass)