Kimliyi 31 ildən sonra müəyyən olunan şəhid Hafiz Qədim oğlu Məmmədovun Gəncə Şəhidlər xiyabanında yerləşən məzarı abadlaşdırılaraq ailəsinə təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir, bununla bağlı keçirilən mərasimdə şəhidin doğmaları ilə yanaşı, Gəncə şəhəri və Kəlbəcər rayonunun rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, H.Məmmədov 1971-ci il aprelin 19-da Kəlbəcər şəhərində anadan olub. O, 1993-cü ildə könüllü olaraq Vətənin müdafiəsinə qalxıb və döyüşlərdə iştirak edib. 1993-cü ilin aprelində Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşüb.
Hafiz Qədim oğlu Məmmədov naməlum şəhid kimi Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdu.