75-ci Berlin Beynəlxalq Film Festivalı (Berlinale) çərçivəsində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə Moldova Milli Kino Mərkəzi arasında memorandum imzalanıb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, memorandumun məqsədi audiovizual fəaliyyət sahəsində daha intensiv əməkdaşlıq və film mədəniyyətinin, auditoriya inkişafının və iki ölkənin birgə film istehsalının təşviq edilməsidir.
Sənədi ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu və Moldova Milli Kino Mərkəzinin icraçı direktoru Valentina İusuphodjaev imzalayıblar. Tərəflər arasında müvafiq müqavilələrin imzalanması da nəzərdə tutulub.