Kipr Respublikasının Prezidenti Nikos Xristodulides TASS-a bildirib ki, o, Ukraynadakı münaqişənin həlli ilə bağlı Braziliya və Çinin təşəbbüsünü dəstəkləməyə hazırdır.
“Biz Ukraynada münaqişəyə son qoyacaq istənilən təşəbbüsü dəstəkləməyə hazırıq”, o, Braziliya və Çinin təklifini şərh edərkən bildirib.
May ayında Çinin xarici işlər naziri Van Yi ilə Braziliya prezidentinin xüsusi nümayəndəsi Selso Amorim arasında məsləhətləşmələrdən sonra birgə bəyanat dərc olunub. Bildirilib ki, Ukrayna böhranının həlli üçün yeganə yol dialoq və danışıqlardır. Çin və Braziliya həmçinin bütün tərəflərin bərabər iştirakı və bütün sülh planlarının müzakirəsi ilə “uyğun vaxtda” beynəlxalq sülh konfransının keçirilməsini təklif ediblər. (Tass)